İDMAN
Azərbaycan Beynəlxalq Kanoe Federasiyasının konqresinə ev sahibliyinə namizədlərdən biri idi VİDEO
Polşanın paytaxtı Varşava şəhərində Beynəlxalq Kanoe Federasiyasının konqresində Azərbaycan 2017-ci ildə Beynəlxalq Kanoe Federasiyasının konqresinə ev sahibliyi etməsinə namizəd ölkə kimi çıxış edib. Konqresin ikinci günü bır çox ölkələrdə Kanoe və Parakanoe idman sahələrində görülən nailiyyətlərdən danışılıb, gələcək strategiya müəyyən edilib, federasiyanın büdcəsi təsdiq olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva Azərbaycanın 2017-ci ildə keçiriləcək Beynəlxalq Kanoe Federasiyasının növbəti konqresinin yüksək səviyyədə təşkil etməyə hazır olduğunu diqqətə çatdırıb və təqdimatla çıxış edib.
Təqdimatın sonunda Azərbaycanın idman potensialını və qonaqpərvərliyini əks etdirən qısametrajlı film nümayiş etdirildi.
Sonda ikinci namizəd ölkə olan Tunis təqdimatla çıxış etdi. Az səs fərqi ilə Tunis 2017-ci ildə Beynəlxalq Kanoe Federasiyasının konqresinə ev sahibliyi etməyə layiq görüldü.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava