MƏDƏNİYYƏT


Azərbaycan Beynəlxalq Moskva Kitab Sərgisində təmsil olunur

A+ A

Moskva, 8 sentyabr, AZƏRTAC

Moskvada açılan 29-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan stendi təqdim edilib. Sərgidə dünyanın 37 ölkəsindən 500-dən çox iştirakçı təmsil olunur.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin sərginin açılış mərasimində çıxış edərək bildirib ki, sərgi-yarmarkada ənənəvi olaraq müəllif və oxucuların, əsl peşəkarların görüşləri keçirilir və bu görüşlərin sayəsində yeni, maraqlı ədəbi layihələr yaranır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan stendini ziyarət edib, burada təqdim olunan nəşrlərlə tanış olub.

Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əlinin sözlərinə görə, bu il yarmarkada Azərbaycan mədəniyyəti, turizm potensialı, tarixi, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar təqdim olunur. Onların arasında "Qarabağ", "Qərbi Azərbaycanın abidələri" və erməni müəllif Robert Arakelyanın qələmə aldığı "Karabaxskiy tetrad" kitabları var. Ekspozisiyada Azərbaycan, rus və ingilis dillərində kitablar nümayiş etdirilir.

Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 11-dək davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.