Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Beynəlxalq Sosial Təminat Assosiasiyasının Bürosuna və Avropa Şəbəkəsinin Rəhbər Komitəsinə üzv seçilib

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və Panama Respublikasının Sosial Sığorta Fondunun birgə təşkilatçılığı ilə Panama şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, üç ildə bir dəfə keçirilən bu mötəbər tədbirdə 125-dən çox ölkədən 1000-ə yaxın nümayəndə iştirak edib.

Dünyanın bütün regionlarından sosial müdafiə və sosial təminat təşkilatlarını bir platformada birləşdirən BSTA ən dinamik sosial sığorta sistemlərinin yaradılması və təşviqi məqsədilə sosial sahənin qarşılaşdığı problemlər, onların həlli yolları, uğurlar və nöqsanlar barədə təcrübə mübadiləsini təşkil edən beynəlxalq təşkilatdır. Assosiasiya həmçinin üzv təşkilatlara informasiya və ekspert dəstəyinin göstərilməsi, praktiki tövsiyələrin verilməsi və s. üzrə əhəmiyyətli tədbirləri həyata keçirir.

Müxtəlif sosial təminat təşkilatlarının bir yerdə cəmləşdiyi bu unikal platformada təqdimatla çıxış edən BSTA-nın baş katibi Hans-Horst Konkolevski dünyada sosial təminat sistemi qarşısında duran çətinliklər, problemlər, onların aradan qaldırılması yolları və qlobal çağırışlar barədə geniş məlumat verib. Hazırda sosial təminat sahəsinin qarşısında duran əsas çağırışları 10 qrup üzrə təsnifləsdirən H.Konkolevski qeyd edib ki, bu qruplara sosial təminatın əhatə dairəsinin genişləndirilməsi, uzunmüddətli dövrdə cəmiyyətdə bərabər imkanların və əhalinin sağlamlığının təmin edilməsi, əhalinin yaşlanmasının doğurduğu fəsadların aradan qaldırılması daxildir. O, həmçinin gənc nəslin məşğulluğunun təmin edilməsinin, rəqəmsal iqtisadiyyatın əmək bazarına təsirinin güclənməsinin və iş yerlərinin avtomatlaşdırılmasının, fövqəladə vəziyyətlərin yaratdığı sosial risklərin, əmək miqrantlarının sosial müdafiəsinin, texniki təkamül və yüksək ictimai gözləntilərin bu qruplar sırasında olduğunu bildirib.

Azərbaycan nümayəndə heyəti də forumun işində fəal iştirak edib. İ.İsayev plenar iclasdakı çıxışında, eləcə də müxtəlif görüşlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizdə etibarlı və dayanıqlı sosial müdafiə və sosial təminat sistemlərinin formalaşdığını vurğulayıb. Ölkəmizdə sosial müdafiə sisteminin idarə edilməsində informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunduğunu diqqətə çatdıran İ.İsayev sosial sahədə dövlət xidmətlərinin elektron xidmətlər müstəvisində əhalinin istifadəsinə təqdim olunduğu barədə geniş məlumat verib. Nazir müavini Azərbaycanın sosial müdafiə sahəsində bu uğurlarının beynəlxalq təşkilatlar tərəfindən də diqqətlə izləndiyini və yüksək qiymətləndirildiyini bildirib. O, ölkəmizin bu təcrübəsinin digər ölkələr tərəfindən geniş istifadəsini təmin etmək məqsədilə Azərbaycanın da təmsil olunduğu BSTA-nın İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) üzrə texniki komissiyasının əhəmiyyətindən bəhs edib.

Tədbirin texniki innovasiyalar və İKT paralel sessiyasında Azərbaycan nümayəndə heyəti ölkəmizdə əmək və sosial təminat sahəsində İKT-nin tətbiqi ilə bağlı əldə edilmiş nailiyyətlər, ortaya çıxan çətinliklər və həllər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanda əmək və sosial təminat sahəsində İKT-nin tətbiqindən əldə olunan uğurların əsas amili onun ölkənin milli strategiyasının əsas elementinə çevrilməsi olub. Ölkədə digər sahələrində olduğu kimi, əmək və sosial müdafiəsi sahəsində də İKT-nin tətbiqi ilə uğurlu islahatlar davam etdirilir.

İnnovativ yanaşmaların və İKT-nin müasir nailiyyətlərinin tətbiqi nəticəsində yaradılmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, Əmək Müqaviləsi Bildirişi Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi və s. barədə təqdim olunan məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Səsləndirilən suallar ətrafında müzakirələr, eləcə də qurumlar arası elektron məlumat mübadiləsinin təşkili, fərdi məlumatlar və onların təhlükəsizliyi, xidmətlərin əlçatanlığı, vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin artırılması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə İKT-nin tətbiqi sahəsində Azərbaycanın zəngin və uğurlu təcrübəsi nəzərə alınaraq, BSTA katibliyinin təklifi ilə Azərbaycan nümayəndə heyətinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdir müavini, İKT üzrə BSTA texniki komissiyasının üzvü Sabir Qocayev bu komissiyanın 2014-2016-cı illər ərzində üzərində işlədiyi ana məlumatların (Masterdata) idarəolunması və İKT üzrə beynəlxalq sosial sığorta müqavilələri (təşkilatlar arası məlumat mübadiləsi) sahəsində BSTA tövsiyələrinin yekun versiyası barədə təqdimatla çıxış edib.

Forum çərçivəsində BSTA-nın 113-cü və 114-cü Büro iclasları, 32-ci Baş Assambleyasının Sessiyası, Dünya Sosial Təminat Sammiti, 36-cı Şuranın Sessiyası, BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin iclası keçirilib, forumun ümumilikdə 44 sessiyasında 132 məruzəçi çıxış edib.

Sosial təminat sahəsində ölkəmizdə aparılan uğurlu islahatlar nəzərə alınmaqla Azərbaycan ikinci dəfə BSTA büro üzvü seçilib. Büro BSTA-nın əsas idarəetmə və eyni zamanda Baş Assambleya toplantıları arasında 3 il müddətində Şura qərarlarını həyata keçirən orqanıdır. O, BSTA-nın tərkibindəki digər orqanlardan fərqli olaraq, qərar qəbuletmə proseslərində yaxından iştirak edir, bu proseslər müddətində aparılan dəyişikliklərdən ən qısa müddətdə xəbərdar olur və ya bu proseslərin idarəetməsini həyata keçirir.

Eyni zamanda, Azərbaycan növbəti dəfə Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. 2008-ci ildən fəaliyyət göstərən Avropa Şəbəkəsi Rəhbər Komitəsi BSTA-nın əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq region ölkələrinin birgə fəaliyyət planına uyğun tədbirləri həyata keçirir. Rəhbər Komitə üzv təşkilatların qarşılaşdıqları başlıca problemlərin qlobal çağırışlar fonunda həlli yollarının qarşılıqlı müzakirəsi və təcrübə mübadiləsinin aparılmasının təşkili üçün tədbirlər görür. Komitəyə Avropa regionundan sosial təminat sahəsində mütərəqqi təcrübəyə malik 13 ölkə daxildir.

Forumda Azərbaycanın sosial təminat sahəsində uğurlu islahatlar təcrübəsi və BSTA-nın fəaliyyətində aktiv iştirakı nəzərə alınmaqla, BSTA-nın üç ildə bir dəfə keçirilən Avropa Regional Sosial Təminat Forumunun növbəti dəfə Bakıda keçirilməsi qərara alınıb və razılaşma memorandumu imzalanıb.

Bu, Azərbaycanın sosial təminat sahəsində apardığı islahatlara, ölkədə görülmüş işlərə və həyata keçirilən siyasətə verilmiş yüksək qiymətdir.

Qeyd edək ki, cari ilin aprel ayında İsveçin paytaxtı Stokholm şəhərində keçirilmiş sonuncu Avropa Regional Sosial Təminat Forumunda sosial təminat sistemlərində innovativ yanaşmaların və qabaqcıl texnologiyaların tətbiqi ilə seçilən iş təcrübələrinin mükafatlandırılması mərasimində də Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” xidməti BSTA-nın Müsbət Təcrübə üzrə Fəxri Diplomuna (Certificate of Merit) layiq görülərək, müsbət təcrübələr üzrə məlumat bazasına daxil edilib.

Beş gün davam edən Dünya Sosial Təminat Forumu zamanı Azərbaycan nümayəndə heyəti dünyanın bir sıra aparıcı ölkələrinin sosial təminat qurumlarının rəhbərləri və ekspertlərlə qarşılıqlı fikir mübadiləsi aparıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik