ELM VƏ TƏHSİL
Azərbaycan Beynəlxalq Təhsil- “Education” sərgisinin təşkilatçıları yeni xidmət növünü elan edirlər
İndi abituriyent və tələbələr universitetlərin sərgidə iştirak edən nümayəndələri ilə əvvəlcədən görüş təyin edə biləcəklər. Bunun üçün sərginin www.education.iteca.az rəsmi veb-saytından müvafiq təhsil müəssisəsini seçərək görüş üçün münasib vaxtı göstərməklə, xüsusi formanı doldurmaq kifayətdir (görüş üçün müraciət avtomatik şəkildə universitet nümayəndələrinə göndəriləcək). Beləliklə, universitetlərin nümayəndələri öz eksklüziv təklifləri barədə danışmaq üçün stendlərdə (təyin edilmiş vaxtda) abituriyentlərin yolunu gözləyəcəklər. Bu xidmət ziyarətçilərə sərgidə vaxtdan daha səmərəli istifadə etməyə, eləcə də növbə olmadan və təyin edilmiş qrafik üzrə universitet nümayəndələri ilə danışıqlar aparmağa imkan yaradacaq.
“Education” sərgisi oktyabrın 10-da Bakı Ekspo Mərkəzində açılacaq. Dünyanın 21 ölkəsindən 120-dən çox iştirakçı bu tədbirə qatılacaq. Onlar bakalavr və MBA proqramları, dil kursları, biznes proqramları və xaricdə təhsil sistemlərini nümayiş etdirəcəklər.
İştirakçıların tam siyahısı ilə tanış olmaq üçün veb-saytda
http://education.iteca.az/2014/?p=visitors_meeting_list
<http://education.iteca.az/2014/?p=visitors_meeting_list&l=en> &l=en linkinə daxil olmaq kifayətdir.
Sərginin təşkilatçısı “Iteca Caspian” şirkətidir.