MƏDƏNİYYƏT


Azərbaycan Beynəlxalq mədəniyyətlər festivalında təmsil olunacaq

A+ A

Minsk, 28 noyabr, AZƏRTAC

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, noyabrın 29-da Belarus Dövlət Universitetində (BDU) “Belarus vіtae syabroў” Beynəlxalq mədəniyyətlər festivalı keçiriləcək.

Tədbir 16 ölkəyə, o cümlədən Azərbaycana ekskursiya formatında keçiriləcək. BDU-nun mətbuat xidmətindən bildirilib: “Ölkələr haqqında məlumat müxtəlif xalqların milli geyimlərinin, əsas görməli yerlərinin, adət-ənənə və məişətinin illüstrasiyalarından və fotoşəkillərindən ibarət stendlərdə təqdim olunacaq. Burada rəssamlıq əsərləri, suvenir məmulatı, dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdiriləcək”.

Festivalın iştirakçılarını BDU-da təhsil alan xarici tələbələrin hazırladığı bayram konserti gözləyir. Onlar öz ölkələrinin mahnı və rəqslərini ifa edəcəklər. Tədbir tələbə gənclərin mədəniyyətlərarası maarif səviyyəsinin artırılmasına, Belarusda ali təhsilin beynəlmiləlləşməsi prosesinin inkişafına , eləcə də beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə istiqamətlənib.

Açılış mərasimində səfirliklərin, o cümlədən Azərbaycanın Belarusdakı səfirliyinin nümayəndələri iştirak edəcəklər.

Festivalın təşkilatçısı BDU-nun qadınlar ittifaqı, fundamental kitabxanası və gənclərlə iş idarəsidir.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.