İDMAN
Azərbaycan Boks Federasiyasının rəsmiləri Qətərdə AİBA-nın toplantısına qatılıblar
Bakı, 5 oktyabr, AZƏRTAC
Qətərin paytaxtı Doha boks üzrə dünya çempionatını qəbul etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qətər Boks Federasiyasının prezidenti Yusuf Əli Əl Kazım Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) rəsmiləri ilə görüşdə deyib.
Görüş AİBA prezidenti Çinq Ko Vunun və beynəlxalq federasiyanın icraiyyə komitəsinin üzvlərinin iştirakı ilə keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov və ABF-nin baş katibi Nağı Səfərov təmsil ediblər. Dünya çempionatı ilə bağlı toplantı iştirakçılarına məlumat verən Çinq Ko Vu yarışın yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib.
Toplantı çərçivəsində ABF rəsmiləri ilə Qətər Boks Federasiyasının prezidenti Yusuf Əli Əl Kazım arasında da görüş keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]