SİYASƏT
Azərbaycan-Bolqarıstan münasibətləri inkişaf edir
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Milli Məclisdə Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixindən danışıb.
R.Əliyev Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafında dövlətlərimizin başçılarının rolunu və qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi vurğulayıb və bu səfərin əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvar olduğunu qeyd edib.
Büdcə və Maliyyə üzrə komissiyanın sədri Menda Stojanova səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edib, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulayıb.
Söhbət zamanı iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və idman sahələrində əlaqələrin mövcud vəziyyəti və inkişaf prespektivləri müzakirə olunub.
Görüşdə Milli Məclisin deputatları Xanlar Fətiyev, Ağacan Əbiyev və digərləri iştirak ediblər.