İDMAN


Azərbaycan Cüdo Federasiyası Peter Zayzenbaherlə əməkdaşlıqda maraqlıdır

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyası (AJF) avstriyalı mütəxəssis Peter Zayzenbaherlə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

AZƏRTAC xəbər verir ki, AJF-nin baş katibi Elmar Babanlı məşqçi ilə kontraktın Olimpiya dövrünün sonuna qədər imzalandığını və həmin müddətin başa çatdığını qeyd edib.

O deyib: “2016-cı ilin Olimpiya Oyunları komandaya Rüstəm Orucov (73 kiloqram) və Elmar Qasımov (100 kiloqram) tərəfindən qazanılan iki gümüş medal gətirib. Biz həmin nəticələrdən çıxış edərək, P.Zayzenbaherlə əməkdaşlığı davam etmək istəyirik. Amma bəzi məqamları tənzimləmək lazımdır ki, məsələyə tam aydınlıq gətirilmiş olsun”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.