İQTİSADİYYAT


Azərbaycan Daşkənddə keçirilən sərgilərdə iştirak edib

A+ A

Daşkənd, 24 sentyabr, AZƏRTAC

Daşkənddəki “Uzekspomərkəz” sərgilər salonunda “UzEnergiExpo-16 və “UzStroyExpo-2016” adlı Beynəlxalq sərgilər keçirilib.

Sərgilərdə Azərbaycan, Belarus, Rusiya, Çin, Türkiyə, Serbiya, Çexiya, Özbəkistan və digər ölkələrin tikinti sahəsində fəaliyyət göstərən şirkət və firmaları iştirak edib.

Ölkəmizi bu sərgidə ATEF Şirkətlər Qrupu təmsil edib.

Qrupun satış üzrə meneceri Sevinc Vəlixanova bildirib ki, hazırda ATEF şirkətlər qrupuna elektrik avadanlıqları istehsal edən “ATEF Elektromaş”, “ATEF Transformator”, həmçinin iri qabaritli transformator və metalkonstruksiya zavodları daxildir. Bu zavodlarda müxtəlif elektrik avadanlıqları, yağ transformatorları, komplekt transformator yarımstansiyaları, mayesiz transformatorlar, ən mürəkkəb metal konstruksiyalar, modul tipli yarımstansiyalar, paylayıcı qurğular istehsal edilir. Məhsullarımız Rusiya, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Moldova, Gürcüstan, Bolqarıstan və Afrika ölkələrinə göndərilir.

Şirkətlər Qrupu sərgidə öz məhsullarını və reklam-çap materiallarını nümayiş etdirib və maraqla qarşılanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.