İQTİSADİYYAT


“Azərbaycan Dəmir Yolları” QSC Qurban bayramı və Yeni dərs ili ərəfəsində gucləndirilmiş iş rejimində işləyəcək VİDEO

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı və Yeni dərs ili ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə AZƏRTAC-a QSC-nin mətbuat katibliyindən bildirilib.

Departamentin kollektivi bu sahədə ciddi hazırlıq işləri görür. Yeni dərs ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzi hallarda isə 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.