İQTİSADİYYAT


“Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramında gücləndirilmiş iş rejimində işləyəcək VİDEO

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları departamentinin kollektivi Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimində işləyəcək.

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi, vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 əlavə vaqonun qoşulması təmin edilir.

“Azərbaycan Dəmir Yolları” QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün əvvəldən, əlavə vaqonlara isə həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.