İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçiblər VİDEO
Bakı, 4 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycan ərazisində baş vermiş zəlzələ ilə əlaqədar, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçiblər.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, infrastruktur departamentinin kollektivləri yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayırlar.
Mütəmadi yoxlamalar xırda təkanlar dayanana kimi davam edəcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumatina görə, bu gün saat 09:49-da Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 kilometr dərinlikdə baş verib.