İQTİSADİYYAT


“Azərbaycan Dəmir Yolları” QSC qatarların hərəkətində heç bir problem qeydə almayıb

A+ A

Bakı, 1 fevral, Elvin Camalov, AZƏRTAC

Ölkə ərazisində müşahidə olunan hava şəraitinə baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC qatarların hərəkətində heç bir problem qeydə almayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

O bildirib ki, hazırda Sərnişin Daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışır. Bakı-Sumqayıt elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib.

S.Qədirova qeyd edib ki, bölgələrə gedən qatarlarda 20-30 dəqiqə gecikmələr yaranıb. Bu isə hava şəraiti ilə əlaqədar olaraq sürət həddinin azaldılmasından qaynaqlanır. Təhlükəsizlik səbəbindən bu addımın atılması gecikmələrə səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.