İQTİSADİYYAT


“Azərbaycan Dəmir Yolları” ilə “Siemens” arasında əlaqələr genişlənir

A+ A

Bakı, 21 iyul, AZƏRTAC 

Azərbaycan Dəmir Yolları ilə Almaniyanın “Siemens” şirkəti arasında əlaqələrin dərin kökləri var. Hələ 2001-2003-cü illərdə bu şirkət Bakı-Böyük Kəsik dəmir yolu arasında fibro-optik rabitə sisteminin çəkilməsini həyata keçirib. Həmin əlaqələr indi də davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər “Azərbaycan Dəmir Yolları”nda Almaniyanın “Siemens” şirkətinin magistral nəqliyyat və satış üzrə rəhbəri Vilyam Vilsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirilib.

QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin reallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Görüşdə Azərbaycan Dəmir Yolları ilə tanışlıq, strateji əməkdaşlıq imkanları müzakirə olunub.

“Siemens”in magistral nəqliyyat və satış üzrə rəhbəri V.Vilson isə Azərbaycan Dəmir Yolunun beynəlxalq və regional nəqliyyat layihələrində aktiv iştirakından, aparılan islahatlardan məmnun qaldığını söyləyib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Sonra Almaniyanın “Siemens”, “AZƏRSİS-Bakı” şirkətləri və “SİS-Minsk” şirkətlər qrupunun təşəbbüsü ilə “Azərbaycan Dəmir Yolları” QSC üçün birgünlük seminar keçirilib. Seminarın məqsədi mərkəzləşdirmə və bloklama sistemləri sahəsində layihələrin reallışdırılması, həmçinin kooperasiya imkanları məsələləri ilə tanışlıq olub. Seminarın gedişində mərkəzləşdirmə və bloklama sistemlərinin reallaşdırılması sahəsində mövcud imkanlarımız və ümumi konsepsiya, layihələndirmə və birgə fəaliyyət, ixrac proqramında iştirak məsələləri müzakirə edilib. Seminarın proqramı çərçivəsində rəhbər işçilər arasında danışıqlar aparılıb, texniki mütəxəssislərin təqdimatına baxış keçirilib, həmçinin dəyirmi masalar təşkil olunub.

Xatırladaq ki, “Siemens” şirkəti dəmir yolu nəqliyyatı üçün lokomotiv, elektrikləşdirmə, həmçinin mərkəzləşdirmə və bloklama sistemlərinin istehsalı üzrə dünya lideridir. “SİS-Minsk” şirkətlər qrupu nəqliyyat sistemləri, elektrik enerjisi, avtomatlaşdırma və telekommunikasiya sahəsində MDB məkanında fəaliyyət göstərən iri sistem inteqratorudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.