İQTİSADİYYAT
Azərbaycan Dəmir Yolları xidməti istifadə üçün Naxçıvanda istehsal olunan avtomobillər alıb
Bakı, 29 iyun, AZƏRTAC
2016-cı il yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində Azərbaycan Respublikasının Prezidentinin tövsiyəsinə uyğun olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd “NAZ Lifan” avtomobili alıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC “Təsərrüfat İdarəsi” MMC-nin rəisi Məhəmməd Əmircanov KİV-lərə məlumat verərək avtomobillərin xidməti istifadə üçün nəzərdə tutulduğunu söyləyib.
Bildirib ki, ümumiyyətlə, “Azərbaycan Dəmir Yolları” QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək.