ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universiteti ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev Ankara Universitetinin nümayəndələri ilə görüşüb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Ə.Abdullayev Türkiyə universitetləri ilə əməkdaşlıqdan danışıb, əlaqələrin ildən-ilə genişləndiyini qeyd edib. O, müəllim-tələbə mübadiləsinin vacibliyini vurğulayıb.

Ankara Universitetinin ilahiyyat fakültəsinin professoru Recai Doğan ADU-da keçirilən imtahanlarla əlaqədar artıq bir neçə ildir ki, Azərbaycana gəldiyini bildirib. O, görüşün iki ölkə universitetləri arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyini deyib. R.Doğan Türkiyənin müxtəlif ali təhsil müəssisələrində təhsillərini davam etdirmək arzusunda olan azərbaycanlı tələbələr üçün keçiriləcək AYÖS (Yabancı uyruklu Öğrənci Sınavı) imtahanları haqqında məlumat verib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.