CƏMİYYƏT


Azərbaycan Dillər Universiteti ilə Şenyan Pedaqoji Universiteti arasında əməkdaşlıq haqqında müqavilə yenilənib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov Çinin Şenyan Pedaqoji Universitetinin (ŞPU) nümayəndə heyəti - xarici əlaqələr üzrə prorektor Can Xuey, Ədəbiyyat İnstitutunun rəhbəri Xu Yuvey və Xarici Dillər İnstitutu direktorunun müavini Pen Syüqan ilə görüşüb.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, D.Yunusov universitetin yaranması və tədris prosesi haqqında qonaqlara məlumat verib. ADU-nun dünyanın bir çox ölkələri, o cümlədən Çinin aparıcı universitetləri ilə əməkdaşlıq etdiyini bildirən professor bu münasibətlərin Azərbaycan-Çin humanitar əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

D.Yunusov ötən tədris ilində ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsinin ŞPU-da bir illik təhsilini uğurla başa vurduğunu bildirib.

Görüşdə, həmçinin ikitərəfli münasibətlər və birgə layihələrin genişləndirilməsi, əməkdaşlığın perspektivləri müzakirə edilib. ADU və ŞPU arasında əməkdaşlıq haqqında müqavilə yenilənib.

Görüşdən sonra Çinin Xuçjou Universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılan, ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfdən müdiri, professor Rafiq Abbasov rəhbərlik etdiyi qurumun təhsil və mədəniyyət sahəsində fəaliyyəti barədə çinli qonaqlara məlumat verib.

Qonaqlar çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb, Çin dilinin tədrisi sahəsində təmsil etdikləri ali məktəbin xarici universitetlərlə əməkdaşlığından danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.