ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Çin dili üzrə ixtisas imtahanları təşkil olunub
Bakı, 27 mart, AZƏRTAC
Çin dili üzrə rəsmi sınaq mərkəzi olan Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ilk dəfə Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanları keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, bir neçə səviyyədən ibarət olan test imtahanlarında bu universitetin və digər ali təhsil ocaqlarının tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri iştirak ediblər.
Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov vurğulayıb ki, HSK, HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatların alınması iştirakçılar üçün Çin Xalq Respublikasında təqaüdlə təhsil almağa, eləcə də bu ölkənin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır. Azərbaycanda Çin dili bilgisi olmayan şəxslərin bu dil üzrə standart ixtisas imtahanları sayılan HSK, HSKK-nin təşkili ölkəmizdə bu dilə marağın artmasının göstəricisidir.