ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində Çin fəlsəfəsi mövzusunda elmi seminar keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə qədim Çin filosofu, neokonfutsiçiliyin banisi Çjou Dunyinin 1000-ci ildönümünə həsr olunmuş “Neokonfutsiçilik-ənənəvi Çin fəlsəfə sistemi kimi” mövzusunda elmi seminar keçirilib.

Seminarda çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən müdiri, professor Rafiq Abbasov Çin mədəniyyətinin ən əhəmiyyətli hadisələrindən olan neokonfutsiçiliyin mənşəyi və onun inkişafının əsas aspektləri barədə məlumat verib. O, bu fəlsəfənin müasir Çin ideologiyasının formalaşmasında böyük rol oynadığını qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun fəlsəfənin müasir problemləri şöbəsinin müdiri Əli Abasov və AMEA-nın Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu şöbəsinin əməkdaşı Ülkər Əliyeva neokonfutsiçilik konsepsiyası və onun Çin fəlsəfəsində tutduğu yerdən bəhs ediblər.

Tədbirdə ADU-nun sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva, professorlar Əli Məmmədov və Şükufə Cabbarova neokonfutsiçiliyin nəzəri xüsusiyyətləri, insan təbiətinin konsepti və etik-dini tədrisin aspektləri barədə danışıblar.

Sonda Şərq fəlsəfəsinin aktual problemləri haqqında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.