Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Dillər Universitetində Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi qeyd edilib

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Azərbaycan Dillər Universitetində Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin, Rusiya Federasiyası Dövlət Dumasının deputatları, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, universitetin müəllimləri və tələbələri iştirak ediblər.

Azərbaycan Dillər Universitetinin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev tədbirdə çıxış edərək deyib ki, Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd olunması əlamətdar hadisədir. Bu müddət ərzində xalqlarımız bir-birini yaxından tanıyıb, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri qurulub. Münasibətlər parlamentlər səviyyəsində də inkişaf edir.

Kamal Abdullayev təhsil sahəsində əlaqələrin inkişafından danışarkən bildirib ki, Azərbaycan Dillər Universiteti ilə Moskva Şəhəri Ali Təhsil İdarəsinin Dövlət Özəl Təhsil Müəssisəsinin Samara filialı arasında müqavilənin imzalanması gözlənilir. Beləliklə, universitetlər birgə layihə həyata keçirəcək, tələbələr əlaqələr quracaq və birgə elmi konfranslarda iştirak edəcəklər.

Sonra Kamal Abdullayev Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının üzvü Dmitri Savelyevin təbrik məktubunu oxuyub. Məktubda deyilir: “25 il əvvəl qardaş ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Rusiya ilə Azərbaycan 25 il ərzində qarşılıqlı ehtirama və mehriban qonşuluq prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi üzərində birlikdə işləyərək ciddi yol qət ediblər. Strateji tərəfdaşlıq və qarşılıqlı dəstək ölkələrimizə dünya maliyyə böhranının doğurduğu bütün çətinliklərə baxmayaraq, nəinki dayanıqlı iqtisadi mövqeləri qoruyub saxlamaq, həm də bir çox istiqamətlərdə qabaqlayıcı inkişaf sürətinə nail olmağa imkan verib. Şübhəsiz ki, bütün bu proseslərdə Rusiya ilə Azərbaycanın möhkəm parlamentlərarası əlaqələri böyük rol oynayıb. Xüsusi vurğulamaq istəyirəm ki, bir-birimizi dəstəkləməyimiz dövlətlərimizin dünyanın siyasi arenasında da mövqelərini gücləndirib. Səmimi qəlbdən həmkarlarıma yaradıcılıq ruhu və Rusiya ilə Azərbaycanın dost xalqlarının rifahı naminə səmərəli fəaliyyət arzu edirəm”.

Rusiya Dövlət Dumasının deputatı Nadejda Kolesnikova deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban dostluq xarakteri daşıyır. O, parlamentlərarası münasibətlərin əhəmiyyətini də vurğulayaraq qeyd edib ki, ölkələrimiz arasında parlamentlərarası, hərbi-texniki, iqtisadi əməkdaşlıq üzrə komissiyalar işləyir.

Milli Məclisin deputatı Elmira Axundova deyib ki, ölkələrimiz arasında münasibətlərin tarixi çox qədimdir. Rusiya sadəcə qonşu deyil, həm də yaxın dostdur. Ötən 25 il ərzində əlaqələrin inkişafında çox işlər görülüb. Ancaq Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalıb. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri, işğalçı ölkəyə təsiri olan bir ölkə kimi bu problemin həllində daha fəal ola bilər. Artıq 25 ildir biz ərazi bütövlüyümüzün pozulması şəraitində yaşayırıq. Özgə torpağının bircə qarışı da bizi maraqlandırmır. Biz öz əzəli torpaqlarımızı geri qaytarmaq istəyirik.

Samara Quberniya Dumasında “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyasının fraksiya üzvü, Moskva Şəhəri Ali Təhsil İdarəsinin Dövlət Özəl Təhsil Müəssisəsinin direktoru Qalina Kozlovskaya qeyd edib ki, istənilən əlaqələrin təməlində bəşəri münasibətlər dayanır. İnsani münasibətlər, tarixə və mədəniyyətə hörmətlə yanaşmaq istənilən münasibətlərin əsasını təşkil edir. O deyib ki, Samarada Azərbaycana böyük maraq var. Bu şəhərdə dəfələrlə Azərbaycan günləri keçirilib.

Q.Kozlovskaya vurğulayıb: “Multikulturalizm sahəsində Azərbaycanın böyük təcrübəsi var. Multikulturalizm ideyası çox qiymətlidir və fundamentaldır. Onun bazasında humanitar münasibətləri, xalqların mədəniyyətlərarası dialoqunu inkişaf etdirmək, mental və dil maneələrini aradan qaldırmaq olar”.

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Fazil Mustafa qeyd ediblər ki, Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq telləri, iki xalq arasında tarixən təşəkkül tapmış mənəvi-mədəni ənənələr birləşdirir. Ölkələrimiz qarşılıqlı maraq doğuran sahələrdə - siyasi, iqtisadi və sosial sahələrdə səmərəli əməkdaşlıq edirlər. Ölkələrimizi Azərbaycan və rus xalqlarının dostluq və qarşılıqlı rəğbət ənənələri birləşdirir.

Deputat Qüdrət Həsənquliyev ümidvar olduğunu bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll ediləcək və Rusiya bu məsələdə daha ciddi səylər göstərəcək.

Deputat Rasim Musabəyov vurğulayıb ki, ölkələrimiz arasında dostluq münasibətlərinin təşəkkül tapmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri var. Ulu Öndər bütün çətinliklərə baxmayaraq, Azərbaycan-Rusiya münasibətlərini yetərincə yüksək səviyyədə saxlaya bildi. Ölkələrimiz qonşudur, bizim yaxşı münasibətlərimiz olmalıdır. Bunun iki ölkənin möhkəmlənməsi və inkişafı üçün son dərəcə böyük əhəmiyyəti var. Bu gün Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. O, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində elm və incəsənət xadimlərinin də rolunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Qızıl və gümüş bahalaşıb

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Birjalarda neft ucuzlaşıb

Premyer Liqa: “Neftçi” 1000-ci oyununa çıxır, “Qarabağ” autsayderə qarşı

Azərbaycan nefti 121 dollara satılır

Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-i Milli Musiqi Günüdür

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABŞ Pezeşkian və Əraqçinin BMT Baş Assambleyasında iştirakı üçün vizalarını təsdiqləyib

“NY Post”: “Abraham Lincoln” gəmisində narkotik satdığına görə ər-arvad həbs edilib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Xətai və Sabunçu rayonlarında qaz təchizatında fasilə yaranacaq

FT: Böyük Britaniya Aİ ilə münasibətləri yenidən qurmağa çalışır

NYT: ABŞ Ukraynadakı münaqişə bitməzdən əvvəl Rusiya ilə razılaşmalar əldə edə bilər

Husilər: Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 37 hava zərbəsi endirib

Livanda “Hizbullah” komandiri terrorizmdə ittiham olunub

SEPAH Toqo bayrağı altında üzən neft tankerinə hücum edib

ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

ABŞ İraqın şimalında hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

“Bloomberg”: ABŞ Si Cinpinin səfərinədək Çinə yeni tarif tətbiq etməyəcək

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlər mandat qazanıblar

Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb

Bakıda Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyasından bəhs edən kitab təqdim olunub

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO

Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunub

Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Qazaxda 34 ildən sonra şəhid ata və oğulun qəbirləri ziyarət olunub

Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib

Beyləqanda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinq aparılıb

Cəlilabadda su xəttində qəza baş verib

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub

Fransanın daxili işləri naziri deputatla bağlı yanlış məlumat yaymaqda ittiham olunur

NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb

Azərbaycan və Estoniya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Alyaskada güclü zəlzələ baş verib

Bu saata olan əsas xəbərlər

Kral III Çarlz süni intellektin yanlış əllərə keçməsi ilə bağlı xəbərdarlıq edib

Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb

Azərbaycanın multikultural mövqeyi türk-islam həmrəyliyinə daha geniş humanitar məzmun qazandıra bilər - ŞƏRH

DTX-nin rəisi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib

Azərbaycan tolerantlıqla bağlı özünəməxsus təcrübə formalaşdırıb – ŞƏRH

İsmayıllı rayonunda bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNİB-2 VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

AHİK könüllüləri Prezident Kitabxanasında olublar

Ermənistanın qarşıdurma ritorikasını davam etdirməsi yeni regional düzənin formalaşmasına zərər verə bilər - ŞƏRH

Zaqatala rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

AYNA: Ötən gün “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib

Türkiyə universitetlərində gələn ildən əcnəbi tələbələr üçün yeni imkanlar yaradılacaq

Hesablama Palatası dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimatla çıxış edib

ASOSAI-nin toplantısında üzv ali audit orqanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri Ermənistanı niyə narahat edir?

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat elan edilib

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Fransada hicabın mərhələli şəkildə qadağan olunması təklif edilib

Aqrar Sığorta Fondunun sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub

Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlıq genişləndirilir

Dövlət Agentliyi: Kalibrləmə nəticələri "E-keyfiyyet" vasitəsilə rəsmiləşdirilməlidir

ADNSU-nun şöbə müdiri beynəlxalq “Stevie” mükafatı uğrunda finalçı seçilən ilk azərbaycanlı jurnalist olub

Olimpiya Oyunlarının mükafatçısı Azərbaycan atletika millisinin məşqçilər heyətində

Müharibəyə qarşı sülh sifarişi - ŞƏRH

Naxçıvanda gənclərin Dövlət Suverenliyi Gününə həsr olunmuş vətənpərvərlik yürüşü - FOTOLAR

® ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edilib!

Mbappe “Qızıl top”un yenidən “Real Madrid”ə qayıtmasını istəyir

Ekspert: Yüksək neft qiymətlərinə baxmayaraq “qara qızıl”ın büdcə qiyməti sabit saxlanılır

ADPU-nun cari il məzunlarının 49 faizdən çoxu magistraturaya qəbul olunub

Səudiyyə Ərəbistanında vurulan PUA-nın qalıqlarının düşməsi nəticəsində 1 nəfər ölüb

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib YENİLƏNİB

ADPU-CVU ikili diplom proqramı çərçivəsində peşəkar inkişaf təlimi

Yaponiyada AES-in reaktorunun fəaliyyəti su sızmasına görə dayandırılacaq

“Fövqəladə hallar könüllüləri”nə sertifikatlar təqdim edilib

Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Siyəzən rayonunda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə baş tutub

Sabah Masallının iki kəndində qaz təchizatı dayandırılacaq

Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib

TƏBİB: Pasiyent təhlükəsizliyi kompleks sistem vasitəsilə təmin olunur

Sanksiyalara baxmayaraq, Şimali koreyalı nazir Yaponiyaya səfər edib

Mustafa Mustafayev: “Dayının yuxusu” tamaşası üçün asan olmayan bir həll yolu tapmaq lazım idi

İran İsveç diplomatından ölkədən çıxmasını tələb edib

SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

Şərqşünas alim beynəlxalq konfransda Seyid Yəhya Bakuvi və xəlvətilik barədə məruzə edib

İdxal olunan bitkitərkibli spred yağı istehsalçı ölkəyə qaytarılıb

Rəşad Məcid: Nizami Gəncəvi dünya poeziyasına misilsiz töhfələr verib

Samuxda 120-dən çox könüllü qanvermə aksiyasında iştirak edib

Şərqi Zəngəzur və Qarabağın faunasına 200-ə yaxın quş, 70-dən çox məməli növü daxildir

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO

Hesablama Palatası ilə Koreya Audit və Təftiş Şurası birgə fəaliyyətlə bağlı razılıq əldə edib

Azərbaycan və Özbəkistan energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb

Xankəndi ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Baia Mare oldu