CƏMİYYƏT


Azərbaycan Dillər Universitetində almaniyalı yazıçı ilə görüş

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) alman oxu zalı və Höte İnstitutunun birgə təşkilatçılığı ilə alman ədəbiyyatını sevənlər üçün “Ədəbi oktyabr - Klaudia Ruşun Qafqaza səfəri” adlı tədbir çərçivəsində müasir alman ədəbiyyatının nümayəndəsi, alman yazıçısı və jurnalisti Klaudia Ruşun iştirakı ilə “Oxu günü” keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, müəllim və tələbələrin, həmçinin alman ədəbiyyatı ilə maraqlanan şəxslərin iştirak etdiyi tədbirdə yazıçı Klaudia Ruş müəllifi olduğu “Mənim azad alman gəncliyim”, “Pişiklər” “Mənim Rüqenim” adlı əsərlərindən parçalar oxuyub və digər Cənubi Qafqaz ölkələrində iştirak etdiyi ədəbi gecələr barədə məlumat verib.

Sonda yazıçı öz yaradıcılığı ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.