ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin əməkdaşları Londonda beynəlxalq konfransda çıxış ediblər
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları Londondakı Klut İnstitutunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq təhsil və biznes konfransında iştirak ediblər.
ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransda bu ali məktəbin təlimdə innovasiyalar kafedrasının baş müəllimi Gülnarə Hacıyeva “Diplomatik yazının tədrisində üzə çıxan çətinliklər”, xarici dillər kafedrasının baş müəllimi Aynurə Əmirova “Dilin tədrisi zamanı sinfin idarə olunmasında mədəniyyət məsələləri”, həmin kafedranın müəllimləri Elvina Baxışova “Praqmatik və semantik məna arasındakı fərqlər” və Röya Əzizova “Mərkəzində fel olan cümlədə valentlik-felin aktantları və sirkonstantları ilə əlaqəsi” mövzularında məruzələrlə çıxış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]