CƏMİYYƏT


Azərbaycan Dillər Universitetinin müəllimi Çində kurslarda iştirak edib

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Pekin Dillər Universitetində əcnəbi Çin dili müəllimlərinin ixtisasartırma kursları başa çatıb.

AZƏRTAC xəbər verir ki, Çin dilinin xarici ölkələrdə yayılması üzrə Dövlət Dəftərxanasının təşkil etdiyi kurslarda Rusiya, Polşa, Vyetnam, İsveçrə, Macarıstan və başqa ölkələrin universitetlərindən müəllimlərlə yanaşı, Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili müəllimi Könül Abbasova da iştirak edib.

K.Abbasova Konfutsi institutları qərargahında keçirilən kursların gedişində qurumun ADU-dakı fəaliyyəti barədə məlumat verib, habelə ADU-nun professoru Rafiq Abbasovun Azərbaycanda çinşünaslığın inkişafı haqqında kitabını hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.