ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetinin tələbələri İndoneziyaya dair inşa yazıblar

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də Azərbaycan Dillər Universitetinin (ADU) indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan I-IV kurs tələbələri arasında inşa müsabiqəsi keçirilib. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.

Müsabiqədə universitetin indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi iştirak edib. Onlar İndoneziya xalqı, bu ölkənin tarixi, mədəniyyəti və mətbəxinə dair 250 sözdən ibarət inşa yazıblar. Müsabiqənin nəticələri avqustun 17-də İndoneziyanın Müstəqillik Günündə elan olunacaq. Qaliblər İndoneziyanın ölkəmizdəki səfirliyi tərəfindən mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.