ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin tələbələri mükafatlandırılıblar
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan və 2016-2017 tədris ilini uğurlu nəticə ilə başa vuran tələbələri Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən mükafatlandırılıblar.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tələbələrin mükafatlandırılması mərasimində Koreya dili kafedrasının müəllimləri də iştirak ediblər. Mərasimin keçirilməsinin əsas məqsədi tələbələrin bu dilə marağını artırmaq olub.
ADU-nun Koreya dili ixtisası üzrə birinci kursunda təhsil alan 12 tələbədən yeddisi tədris ilini müvəffəqiyyətlə başa vurub. Onlardan Sevinc Quliyeva, Elmir Qurbanov və Fəridə Əlixanlı mükafata layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [13:45]
“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb
- 25.04.2024 [12:58]
Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb
- 25.04.2024 [12:20]
Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb
- 25.04.2024 [11:51]
Kinomuzun Babəki məktəblilərlə görüşəcək
- 25.04.2024 [11:37]