REGİONLAR
Azərbaycan Dövlət Aqrar Universitetində “Gənc Liderlər Akademiyası” başlayır
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbə gənclər təşkilatı dekabrın 6-7-də bu ali məktəbin tələbələri üçün “Gənc Liderlər Akademiyası” layihəsini həyata keçirəcək.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əsas məqsədi tələbələrin liderlik qabiliyyətinin inkişaf etdirilməsi, onların şəxsi bilik və bacarıqlarının artırılması olan layihə çərçivəsində təlimçi Talıb Bayramov tərəfindən “Daxilimizdəki enerji” (“Energy is inside us”) və “Öz məşəlini alovlandır” (“Light your fire”) təlimləri keçiləcək.
Layihənin davam etdiyi müddətdə “Gənc Liderlər Akademiyası”nın iştirakçıları bir sıra qonaqlarla da görüşəcəklər.
İki seçim turundan ibarət olan akademiyanın bütün iştirakçıları sertifikatlarla təltif olunacaqlar.
ADAU-nun tələbələri verilmiş keçiddən istifadə edərək (http://bit.ly/1r9NdvO), “Gənc Liderlər Akademiyası”nda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat dekabrın 2-də bitəcək.