REGİONLAR
Azərbaycan Dövlət Aqrar Universitetində yeni idman meydançası istifadəyə verilib
Gəncə, 24 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yeni idman meydançası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, açıq havada yaradılan idman meydançasında fakültələrarası futbol yarışı keçirilib.
Açılış mərasimində universitetin rektoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İbrahim Cəfərov deyib ki, dövlətimizin başçısı İlham Əliyev səmərəli fəaliyyətinin böyük hissəsini gənclərin sağlam və hərtərəfli formalaşmasına həsr edib. İndi Azərbaycan gəncliyi çox əlverişli mühitdə yaşayır və gələcəyini qurmaq üçün bütün imkanlara malikdir.
Çıxış edən tələbələr yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Sonda universitetin istedadlı tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub və fakültələrarası mini futbol yarışı keçirilib. Qalib komandalar mükafatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]