İDMAN


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qanvermə aksiyası keçirilib

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC 

Noyabrın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəaliyyətə başlamasının 86-cı ildönümü tamam olur. Akademiya bu əlamətdar günü sosialyönümlü xeyriyyə layihəsinə həsr edib. Belə ki, əlamətdar gün münasibətilə bu ali təhsil ocağında qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, irsi qan xəstəliklərindən, o cümlədən talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltmək məqsədilə keçirilən aksiyada Akademiyanın əməkdaşları və tələbə heyəti iştirak edib.

Aksiya çərçivəsində donorlar həkim-hematoloqlar tərəfindən yoxlanışdan keçirildikdən sonra isə qan veriblər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək məqsədilə xüsusi tibb briqadasına təhvil verilib.

Könüllü qanvermə aksiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ardıcıl həyata keçirdiyi sosialyönümlü layihələrdən biridir. Belə layihələrin əsas məqsədi tələbələrin sosial məsuliyyətini artırmaq, onları könüllülüyə və vətənə xidmətə ruhlandırmaqdır. Bu gün 86-cı ildönümünü qeyd edən Akademiya sosialyönümlü layihələrin icrasını bundan sonra da davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.