İQTİSADİYYAT


Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Londonda tələbə forumunda iştirak edib

Bakı, 19 iyul, AZƏRTAC

Londonda Dəniz Universitetləri Beynəlxalq Assosiasiyasının (IAMU) təşkilatçılığı ilə tələbə forumu keçirilib. Forumda Azərbaycan Dövlət Dəniz Akademiyası da təmsil olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, akademiyanın “Gəmi mexanikası” fakültəsinin “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Azər Ağazadə tələbə forumunda iştirak edib.

Gələcəyin dənizçiləri İngiltərə paytaxtında Beynəlxalq Dəniz Təşkilatının (IMO) qərargahında olublar. Müxtəlif ölkələrin dənizçilik universitetlərindən gəlmiş 60-dan çox tələbənin iştirak etdiyi görüşə IMO-nun baş katibi Kitak Lim də qatılıb. O, IMO-nun fəaliyyəti, dəniz nəqliyyatına qoyulan tələblər, qarşıdakı hədəflər barədə ətraflı məlumat verib.

Bundan başqa, tələbələr dənizçilərin işə cəlb edilməsi, gəmidə keyfiyyətli fəaliyyət və dəniz nəqliyyatında gender bərabərliyi məsələlərinə dair seminarlarda da iştirak ediblər.

Sonra iştirakçılar seminarda müzakirə olunmuş mövzular haqqında qısa hesabatlar hazırlayıblar. Bu hesabatlar tələbə forumunun rəsmi jurnalına daxil ediləcək.

Qeyd edək ki, tələbə forumuna Nippon Fondu dəstək verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.