MƏDƏNİYYƏT


Azərbaycan Dövlət Filarmoniyasında növbəti konsert proqramı hazırlanır

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert proqramı təşkil olunacaq.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə Xalq Artisti, dirijor Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.

Konsert çərçivəsində bəstəkarların əsərləri Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əməkdar Artist Bəyimxanım Vəliyeva, Azərbaycan Televiziyası və Radiosunun solistləri Səbinə Ərəbli, Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Aynur İsgəndərli tərəfindən ifa olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.