MƏDƏNİYYƏT


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru "Ən yaxşı aktyor" oldu

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Xəyal Salahov "Bakı Oskarı qısametrajlı filmlər" Festivalının qalibi olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aktyor Qarabağ şəhidlərinin əziz xatirəsində həsr olunmuş "Məriz" qısametrajlı filmində canlandırdığı rola görə festivalın "Ən yaxşı aktyor" nominasiyası ilə mükafatlandırılıb.

Gənc rejissor Elvin Abdullayevin quruluş verdiyi 11 dəqiqəlik film Qarabağ hadisələrinin 13 yaşlı Qeyrət adlı gəncin yaddaşında buraxdığı ağır psixoloji təsirindən bəhs edir.

Ümumilikdə 29 filmin daxil edildiyi festivalın əsas məqsədi gənc rejissorların işlərini dəyərləndirmək, özünü bu sahədə sınamaq istəyən, istedadlı olduğuna inanan gənclərə dəstək olmaq, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaq və stimullaşdırmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.