Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarına fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mədəniyyət işçisi”

Quluzadə Yaşar Mahmud oğlu

Qurbanova Gülzaman Kamil qızı

Yusifov Səlahət Şahsuvar oğlu

“Əməkdar jurnalist”

Həsənova Aygün Vəzir qızı

Sadıxlı Nərgiz Murtuz qızı

“Əməkdar mühəndis”

Əliyev Azər Həsən oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 fevral 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin