ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universiteti Türkiyə ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov Ankara şəhərində “Türk universitetləri Avropa tədqiqat məkanında” mövzusunda keçirilən konfransda iştirak edib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, Orta Doğu Texniki, Boğaziçi, Bilkent, İstanbul Texniki, Koç və Sabancı universitetləri, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) və Avropa Komissiyasının təşkilatçılığı ilə keçirilən konfransda Avropa tədqiqat məkanının priorietləri və istiqamətləri mövzusunda müzakirələr aparılıb. Tədbirdə Avropa Komissiyasının “Horizon 2020” elmi-tədqiqat və texnoloji inkişaf 8-ci çərçivə proqramı ətrafında məruzələr dinlənilib.
Səfər çərçivəsində Ə.Muradov tədbirə ev sahibliyi edən ali məktəblərin rektorları ilə görüşlər keçirib, Orta Doğu Texniki Universitetinin Texnoparkı ilə tanış olub.