ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində “Oriyentasiya günü” keçirilib VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ali təhsil ocağına yeni qəbul olan tələbələr üçün “Oriyentasiya günü” keçirilib. Dünya universitetlərində ənənəvi təşkil olunan bu tədbirin məqsədi yeni qəbul olan tələbələri universitet həyatı ilə tanış etməkdir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə universitet barədə təqdimatlar olub və tələbələr üçün əyləncələr təşkil edilib. Karyera mərkəzi tərəfindən universitet sıralarına yeni daxil olan tələbələr üçün məsləhətlər verilib.
Qeyd edilib ki, 2016/2017-ci tədris ilində UNEC-ə yüksək bal toplayaraq qəbul olan tələbələrin sayı artıb. Bu il 291 tələbə 600-dən çox bal toplayıb. İkinci qrup üzrə ən yaxşı nəticə göstərərək 700 bal toplayan iki abituriyentdən biri - Şahbaba Məmmədov UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbini seçib.