CƏMİYYƏT


Azərbaycan Dövlət İqtisad Universitetində Tərcümə Mərkəzi yaradılıb

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tərcümə Mərkəzi yaradılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, mərkəz dünyanın aparıcı universitetlərində tədris edilən müvafiq iqtisadi dərslik və dərs vəsaitlərinin ingilis, fransız, alman və rus dillərindən Azərbaycan dilinə tərcüməsini təmin edəcək. Eyni zamanda, həmin vəsaitlərin dərc olunması, müəllim və tələbələrin yeni iqtisadi ədəbiyyatlarla təmin edilməsi işini də bu mərkəz həyata keçirəcək. Həmçinin ingilis-Azərbaycan, fransız-Azərbaycan, rus-Azərbaycan, alman-Azərbaycan dillərində iqtisadi lüğətlər tərtib ediləcək. Tərcümə Mərkəzində universitet əməkdaşları və tələbələr üçün xarici dil kursları, danışıq klubları fəaliyyət göstərəcək.

Mərkəzdə tərcümə sahəsinə aid müxtəlif konfransların keçirilməsi, fəaliyyət istiqamətinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübələri öyrənmək də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.