ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Bakı, 4 iyul, AZƏRTAC 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva Qazaxıstan Milli İncəsənət Universitetində keçirilən İpək yolu ölkələrinin musiqi və incəsənət tədris ocaqlarının “Böyük İpək yolu: Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqələri” ikinci Forumunda iştirak edib.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə F.Əliyevanın “İncəsənət ali təhsil müəssisələrinin təcrübəsində-musiqi irsinin davamlılığı” mövzusunda məruzəsi dinlənilib. Forumda ənənəvi milli mədəniyyətin, ali incəsənət təhsil müəssisələrinin təcrübə, musiqi irsinin qorunub saxlanılması, inkişafı və digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində ADMİU-nun rektoru Qazaxıstan Milli İncəsənət Universiteti ilə tanış olub. İki ali təhsil ocağı arasında elm və tədqiqat sahəsində müəllim və tələbələrin birgə əməkdaşlığı, qarşılıqlı kadr hazırlığı, təcrübə mübadiləsinin aparılması haqqında müqavilə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.