ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universitetini bu il 4433 məzun bitirib

Bakı, 1 iyul, AZƏRTAC 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “məzun günü” qeyd olunub.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki abidəsi önünə əklil və gül dəstələri qoyulub. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Universitetin rektoru, professor Cəfər Cəfərov məzunları və onların valideynlərini bu əlamətdar və xoş gün münasibətilə təbrik edib, onlara gələcək həyatlarında və müqəddəs müəllimlik fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyev müəllim peşəsini yüksək qiymətləndirib və Prezident İlham Əliyev Ulu Öndərin müdrik və mütərəqqi ideyalarını uğurla davam etdirir. C.Cəfərov bildirib ki, bu il ADPU-nu filialları və Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birlikdə 4433 məzun bitirir. Builki tədris ilində 25 ixtisas, 33 ixtisaslaşma üzrə 298 magistr olub.

Milli Məclisin deputatı Aydın Mirzəzadə məzunlara uğurlar arzulayıb, onlara xalqımıza və dövlətimizə layiqincə xidmət etməyi tövsiyə edib.

ADPU-nun məzunu Gülgəz Cəfərzadə qazandıqları bilik və bacarıqların onların gələcək həyatında, peşə karyeralarında mühüm rol oynayacağını vurğulayıb.

Sonra universitetin ictimai-mədəni həyatında fəal iştirak edən, vətəndaş mövqeyi ilə fərqlənən tələbələrə diplomlar və təşəkkürnamələr təqdim edilib.

Tədbir məzunların hazırladıqları bədii-musiqili kompozisiya ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.