ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Pedaqoji Universitetinin yeni doktorant və dissertantlarına vəsiqələr təqdim edilib
Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantura və dissertanturaya keçirilən imtahan və müsahibələrin nəticələrinə əsasən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 12, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya yeddi, elmlər doktoru hazırlığı üzrə dissertanturaya beş nəfər qəbul edilib.
ADPU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin yeni doktorantları və dissertantları ilə keçirilən görüşdə onlara elmi fəaliyyətlərində uğurlar arzulanıb.
Doktorant və dissertantlara vəsiqələr təqdim edilib.