MƏDƏNİYYƏT


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Zövq” adlı rəsm sərgisi açılacaq

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 14-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində “Zövq” adlı sərginin açılış mərasimi keçiriləcək. Sərgi ADRA və bu təhsil müəssisəsinin müəllimi, peşəkar fotoqraf Tahir Məmmədovun birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ADRA-nın tələbələrinin və həvəskar rəssamların çəkdiyi, fotoqrafiyanın bütün janrlarını əhatə edən 80-dən artıq şəkil nümayiş olunacaq.

Sərgi dekabrın 17-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.