MƏDƏNİYYƏT


Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Uşaqlardan Uşaqlara” adlı qala konserti baş tutub

Bakı, 8 iyun, AZƏRTAC

Gənc Tamaşaçılar Teatrının səhnəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yekun konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramı olduqca zəngin və rəngarəng olub. Multikultural dəyərlərə hər zaman xüsusi diqqətlə yanaşan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu dəfə də ənənəsinə sadiq qalaraq milli rəqslərimizi, bəstəkarlarımızın əsərləri ilə yanaşı, dünya xalqlarının rəqs və mahnılarına da müraciət edib. Budəfəki konsertin həm aparıcıları, həm də iştirakçıları məhz uşaqlar özləri olublar. Proqram Eldar Mansurovun “Azərbaycan süitası” ilə başlayıb. Səhnəyə ilk olaraq qız və oğlanlardan ibarət rəqs ansamblı çıxıb. Daha sonra konsertin bütün iştirakçıları bir-birinin ardınca möhtəşəm çıxışlarını tamaşaçılara təqdim edib.

Qeyd edək ki, konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı ilə bərabər “Şəms” uşaq xoru, eləcə də Uşaq Xor Kapellasının çıxışı olub.

Sonda isə möhtəşəm final mahnısı ilə konsertdə iştirak edən bütün iştirakçılar ardıcıl olaraq səhnəyə çıxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.