İDMAN


Azərbaycan Dünya Köçəri Oyunlarında geniş nümayəndə heyəti ilə təmsil olunur

A+ A

Bişkek, 3 sentyabr, AZƏRTAG

Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində ikinci Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Qırğızıstan Prezidenti Almazbek Atambayev, hökumət və parlament üzvləri, xarici qonaqlar iştirak ediblər.

Bu böyük idman bayramında dünyanın 62 ölkəsindən olan idmançılar 23 idman növü üzrə yarışacaqlar. Azərbaycan idmançıları Oyunlara gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti ilə gəlib. Nümayəndə heyətinə 9 yarış növü üzrə 38 idmançı, 5 məşqçi və 6 hakim daxildir. Tədbirə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və azərbaycanlı jurnalistlər də qatılıblar.

Proqrama atçapma, oxatma, milli ov növləri, ənənəvi intellektual oyunlar və digər yarışlar daxil edilib. Bundan başqa, qonaqlar köçəri mədəniyyəti ilə də yaxından tanış ola biləcəklər.

Köçəri Oyunları çərçivəsində keçiriləcək mədəni tədbirlərdə Azərbaycanın Xalq Artisti, opera ifaçısı Fidan Hacıyeva və “Muğam trio” qrupu da iştirak edəcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.