İQTİSADİYYAT


Azərbaycan “EXPO-2017”də “Keçmişdən gələcəyə daşınan enerji” adlı konsepsiyası ilə təqdim olunacaq

Astana, 22 fevral, АZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisinin iştirakçı ölkələrinin üçüncü görüşü keçirilir,

Azərbaycanı Energetika Nazirliyinin aparat rəhbəri İftixar Hüseynov təmsil edir.

“EXPO- 2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində 100-dən artıq ölkənin və 18 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir. Sərgi enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması və sair bu kimi mövzulara həsr olunacaq.

Azərbaycanın bu sərgiyə hazırlıq işlərinin getdiyini bildirən İftixar Hüseynov bildirib ki, sərgi çərçivəsində Azərbaycan Milli Gününün iyulun 9-da keçirilməsi nəzərdə tutulub. Tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin iştirakı gözlənilir.

Azərbaycanın “Keçmişdən gələcəyə daşınan enerji” adlı konsepsiyası ilə təqdim olunacaq sərgidə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında pavilyon ərazisində Azərbaycandan gətirilməsi və Astananın təbiətinə uyğun olan ekzotik ağacların əkilməsi məsələsi də müzakirə edilir.

Azərbaycan pavilyonunun layiqincə təmsil olunacağına əminliyini bildirən İftixar Hüseynov ölkəmizin müasir iqtisadiyyatı, mədəniyyətimizin, incəsənətimizin, tarıxımızın əks olunacağı bu sərginin ölkəmizə turistlərin cəlb olunması ucun bir fürsət olduğunu qeyd edib. Aparat rəhbəri sərgi zamanı qonaqlara xüsusi olaraq Azərbaycanın simvolu sayılan narın təqdim olunacağının gözlənildiyini də deyib.

Xatırladaq ki, Azərbaycan və Qazaxıstan arasında “EXPO-2017: Gələcəyin enerjisi” sərgisində iştirak ilə bağlı müqavilə 2015-ci il dekabrın 4-də imzalanıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.