SİYASƏT


Azərbaycan-Estoniya əlaqələrinin inkişafı üçün geniş potensial var

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan və Estoniya arasında informasiya və kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Ölkəmizdə tikinti, ticarət və xidmət sahələrində 10-dan artıq Estoniya şirkəti fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 12-də estoniyalı həmkarı Sven Mikserlə görüşdə bildirib.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, tərəflər arasında siyasi dialoqun davamlı şəkildə aparılmasının və yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Nazirlər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini, bununla əlaqədar məktub mübadiləsi həyata keçirdiklərini xatırladıblar. Tərəflər son illər ikitərəfli əməkdaşlıqda müsbət dinamikanı təqdir edərək, əlaqələri daha da inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə, həmçinin iki ölkə arasında nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib. Həmçinin təhsil və turizm sahəsində əməkdaşlıq üçün mövcud olan geniş potensialdan düzgün istifadə olunmasının vacibliyi qeyd edilib.

Elmar Məmmədyarov həmkarını Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari statusu barədə məlumatlandırıb. O, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Estoniya tərəfinə təşəkkürünü çatdırıb.

Nazirlər, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər, Şərq Tərəfdaşlığı layihəsi, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn sammiti, Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi barədə geniş fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nazirlər müzakirə olunan məsələlərlə bağlı birgə mətbuat konfransı keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.