MƏDƏNİYYƏT


Azərbaycan Estoniyada keçirilən “Qafqaz ritmləri” beynəlxalq festivalında təmsil olunub

Tallinn, 15 may, AZƏRTAC

Tallinn şəhəri Lindakivi mədəniyyət mərkəzində “Qafqaz ritmləri” 4-cü beynəlxalq festivalı keçirilib. Festivalda Estoniya və Latviyada fəaliyyət göstərən Qafqaz xalqlarının mədəniyyət mərkəzlərinin yetirmələri öz maraqlı rəqs və mahnıları ilə çıxış ediblər.

Azərbaycanı bu festivalda “Orhan” Estoniya Azərbaycan həftəsonu məktəbinin rəqs qrupu və “Qratsiya” rəqs ansamblı layiqincə təmsil ediblər. Bu qrupların ifasında tamaşaçılara təqdim olunan “Toy”, “Qaytağı”, “Uzun dərə” və "Yallı" rəqsləri alqışlarla qarşılanıb.

Festivalın sonunda iştirakçılar fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunublar.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.