CƏMİYYƏT
Azərbaycan FHN-in helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatına qoşulub
Bakı, 22 avqust, AZƏRTAC
Xəbər verdiyimiz kimi, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 22-də saat 06:30 radələrindən Samtsxe-Cavaxetiya bölgəsində kəşfiyyat uçuşlarına başlayıb və 06:40 radələrindən yanğının söndürülməsi əməliyyatına qoşulub.