CƏMİYYƏT
Azərbaycan FHN meşə yanğınları ilə əlaqədar Gürcüstana əlavə texnika və canlı qüvvə yola salıb
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanda baş verən meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə əlavə texnika və canlı qüvvə göndərib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 11 yanğınsöndürən maşın, digər texnika və canlı qüvvə avqustun 22-də Gürcüstana yola salınıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 21-də helikopter göndərib.