İQTİSADİYYAT


Azərbaycan-Fransa Hökumətlərarası Komissiyasının iclasında ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub VİDEO

Paris, 14 dekabr, AZƏRTAC

Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası keçirilib.

Hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Feklin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.

Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Fekl ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğulayıb. O, hökumətlərarası komissiyanın iki ölkə arasında iqtisadi və maliyyə dialoqunun inkişafında mühüm rol oynayır.

Matias Fekl ölkəsinin Azərbaycanın iqtisadi inkişaf potensialına olan etimadından, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərin Fransa tərəfindən yüksək qiymətləndirilməsindən söz açıb. İki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində böyük potensialın olduğunu bildirib.

Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkəmizin iqtisadi durumu haqqında məlumat verib. O, Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi ilk illərdə üzləşdiyi çətinliklərdən, torpaqlarının işğalından, iqtisadiyyatın tamamilə tənəzzülə uğramasından söz açaraq, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin yenidən dirçəldiyini, iqtisadiyyatın inkişaf etdiyini vurğulayıb.

Maliyyə naziri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, iqtisadi strateji yol xəritələrindən, ikitərəfli əməkdaşlıqdan, hər iki ölkənin prezidentlərinin bu əməkdaşlığa töhfəsindən danışıb. Ölkəmizin Fransa ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Ölkənin kifayət qədər yüksək xarici valyuta ehtiyatlarına malik olduğu nəzərə alınaraq danışıqlarda əsasən Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək struktur islahatlarının əhatə dairəsi və verə biləcəyi nəticələr barədə fikir mübadiləsi aparılıb.

İclas iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, yanacaq-energetika, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi, mədəniyyət, təhsil, gənclər və idman sahələrində əməkdaşlığa dair məsələlərin müzakirəsi ilə davam edib.

Azərbaycanın Səhiyyə, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirliklərinin və AZPROMO-nun nümayəndələri Fransa tərəfi ilə yuxarıda qeyd olunan sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində məsləhətləşmələr aparıblar.

İclasda Azərbaycan ilə Fransa arasında, xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.