MƏDƏNİYYƏT


Azərbaycan Gənc Tamaşaçılar teatrı Qazaxıstanda festivalda iştirak edib

Astana, 14 iyun, АZƏRTAC

Astana şəhərində “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalı keçirilir. Hər il ənənəvi olaraq təşkil edilən festivalda Azərbaycan, Qazaxıstan, Rusiya və Qırğızıstanı təmsil edən 10 teatr iştirak edir.

Festivalda Azərbaycan Gənc Tamaşaçılar teatrı bir sıra beynəlxalq teatr festivallarının qalibi Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşasını nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, əsas obrazların ifaçıları Əməkdar Artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktrisalar Zümrüd Quliyeva və Səbinə Məmmədovadır.

Beynəlxalq teatr festivalının keçirilməsində məqsəd klassik dramaturgiyanın nümunələri əsasında dünya klassiklərinin dram əsərlərinin təbliğinə, gənc nəslin tərbiyəsinə və inkişafına, teatr sənəti sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə və inkişafına kömək etməkdir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.