İDMAN
Azərbaycan Gimnastika Federasiyası könüllülərin qəbulunu elan edir
Bakı, 29 oktyabr, AZƏRTAC
Gələn il fevralın 18-19-da Bakıda batut gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) “AGF Trophy” dünya kuboku yarışı keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası (AGF) yarışın yüksək səviyyədə təşkili məqsədilə könüllülərin qəbulunu elan edir.
AGF-dən AZƏRTAC-a bildiriblər ki, könüllülərin əsasən nümayəndə heyətlərinə tibbi xidmətin göstərilməsi, akkreditasiya, katibliyin işlərində, mükafatlandırma və digər istiqamətlərdə fəaliyyət göstərmələri nəzərdə tutulub.
AGF bu yarışın könüllülərinə 2017-ci ildə təşkil olunacaq idman gimnastikası (16-19 mart) və bədii gimnastika (28-30 aprel) üzrə FIG “AGF Trophy” dünya kuboku yarışlarına da könüllü kimi qatılmaq imkanı verir.
Batut gimnastikası üzrə dünya kubokunda könüllü olmaq istəyən gənclər noyabrın 20-dək https://goo.gl/forms/PD0KCGiJzGv35ssA2 internet səhifəsinə daxil olub elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər.