İQTİSADİYYAT


Azərbaycan-Gürcüstan birgə müəssisəsi planşet istehsal edəcək

Bakı, 24 sentyabr, AZƏRTAC

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən "AG Microelectronics" zavodu öz məhsullarının çeşidini genişləndirir.

AZƏRTAC "Sputnik Georgia" agentliyinə istinadən verdiyi xəbərə görə, "AG Telekom" şirkətinin baş direktoru Mixail Qlonti bildirib ki, 2017-ci ilin ikinci yarısında müəssisənin mütəxəssisləri "Android"in bazasında qurulmuş planşetlər hazırlayacaqlar. Hazırda mütəxəssislər bunun üzərində işləyirlər.

Qeyd edək ki, "AG Microelectronics" zavodunun əsasını 2014-cü ildə Azərbaycan-Gürcüstan birgə müəssisəsi olan "AG Telekom" şirkəti qoyub. Müasir texnologiyalarla təchiz olunmuş "AG Microelectronics" zavodu məişət texnikası, elektron planşet dərsliklər və xüsusi hərbi təyinatlı texnika istehsal edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.